"Milan" yeni transferini təqdim etdi
10 sentyabr 2020 10:38 (UTC +04:00)

"Milan" yeni transferini təqdim etdi

İtaliyanın “Milan” klubu yeni transferini təqdim edib.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” “Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatıb.

20 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. O, 2020/21 mövsümünü icarə əsasında “Milan”da keçirəcək. Bu, “Breşiya”ya 10 milyon avro qazandıracaq. Gələn ilin yayında isə “Milan” daha 10 milyon avro qarşılığında futbolçunu birdəfəlik transfer edəcək.

Qeyd edək ki, Sandro Tonali 2019-cu ildən İtaliya millisinə çağırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2246

Oxşar yazılar