13:01
09 Sentyabr 2020

Bakıda qadınlara narkotik satırdı

Narkotik vasitə ilə tutulan N.Əhmədovanın ətrafında Səbail rayon Polsi İdarəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, nəticədə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Yeni Günəşli qəsəbəsində yaşayan X.Mustafayeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq, yaşadığı mənzildən isə 9 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə X.Mustafayevaya narkotik vasitəni satmaqda şübhəli bilinən A.Sadıqov da müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qramdan artıq marixuana, yaşadığı mənzildən isə 24 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Dİgər xəbərlər