14:04
03 Sentyabr 2020

Azərbaycanlılar Rusiyada qiyam qaldırdı - Bazara görə... - FOTOLENT

Azərbaycanlılar Rusiyanın Bryansk şəhərində qiyam qaldırıblar.

Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, buna səbəb şəhərin mərkəzində yerləşən meyvə-tərəvəz bazasının çirkab və dağılmış vəziyyətdə olmasıdır.

Bryansk vilayətinin ən böyük bazasında, fotolardan da göründüyü kimi, asfalt örtüyü dağılıb gedir, hər tərəf palçıqdır. İş o yerə çatıb ki, bütün bazar ərazisində çirkab dolu gölməçələr yaranıb. Bunun nəticəsində yerli sakinlərin bazara axını həddən artıq azalıb.

Hər ay yer pulu ödəyən satıcılar bunun müqabilində bazar sahibindən burda səliqə yaratmağı xahiş ediblər. Amma bazarın sahibi onların bu tələbini qulaqardına vurub. Nəticədə yüzlərlə azərbaycanlı bazara çıxmaqdan imtina edib.

Dİgər xəbərlər