Rusiyada koronavirusdan daha 115 nəfər öldü
02 sentyabr 2020 19:18 (UTC +04:00)

Rusiyada koronavirusdan daha 115 nəfər öldü

Rusiyada son sutka ərzində daha 4952 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1005000 nəfərə çatıb.

Son sutka ərzində 115 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 414 nəfərə çatıb.

# 1855
avatar

Oxşar yazılar