Azərbaycanda 17 yaşlı oğlanı görün hansı səbəbdən bıçaqlayıblar - YENİLƏNİB
30 avqust 2020 18:06 (UTC +04:00)

Azərbaycanda 17 yaşlı oğlanı görün hansı səbəbdən bıçaqlayıblar - YENİLƏNİB

Hacıqabulda 17 yaşlı yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 2003-cü il təvəllüdlü  Ataşov Cavad Mehdi oğlu həmyerlisi 2004-cü il təvəllüdlü Şükürlü Abuzər Namizəd oğlu tərəfindən bıçaqlanıb.

3 bıçaq zərbəsi alan yaralı  ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.

Hadisəni törədən yeniyetmə saxlanılıb. Hadisəyə yeniyetmələrin sosial şəbəkə üzərindən kriminal jarqonda yazışmaları səbəb olub.

 

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

15:36

 

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 2003-cü il təvəllüdlü  Ataşov Cavad Mehdi oğlu 3 bıçaq yarası ilə ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9185

Oxşar yazılar