FHN: Azərbaycanda yanğınların sayı azalıb
22 avqust 2020 17:01 (UTC +04:00)

FHN: Azərbaycanda yanğınların sayı azalıb


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və cari ilin yanvar-iyul ayları ərzində baş vermiş yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayevin APA-ya verdiyi xəbərə görə, təhlil əsasında müəyyən edilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılmış profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 12, xəsarət alanların sayı 41 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 99, yaşayış sektorunun payına düşən yanğınlar 61, ticarət obyektlərində 30 fakt azalıb.

Avtonəqliyyat vasitələrində baş verən yanğınların sayında 9, əkin sahələrindəki yanğınların sayında isə 19 fakt azalma qeydə alınıb. 

# 2419
avatar

Oxşar yazılar