Məscidlərin açılmamasının səbəbini AÇIQLANDI
08 avqust 2020 12:50 (UTC +04:00)

Məscidlərin açılmamasının səbəbini AÇIQLANDI

“Virusun yayılması qapalı məkanlarda daha sürətlə baş verir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, buna görə də məscidlərin açılmasına qərar verilmir: “Hətta bu il Həcc ziyarəti də çox qeyri-adi formada keçirildi. İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə təsir etmir. Bu, iqtisadiyyata və digər sahələrə də çox ciddi təsir edir”.

Ş. Mövsümov məscidlərin açılmasının hazırda müzakirə edilmədiyini qeyd edib.

# 2023
avatar

Oxşar yazılar