17:35
26 İyul 2020

Rusiyada narahatlığa yol açan zəng

Rusiyanın hüquq-mühafizə orqanlarına böyük şəhərlərdə aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng daxil olub.

Lent.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib.

Hazırda Rusiya hüquq-mühafizə orqanları daxil olan informasiyanı araşdırır. Aeroportlara hüquq-mühafizə orqanlarının, təcili yardım xidmətinin əməkdaşları, kinoloqlar göndərilib.

Dİgər xəbərlər