Çay dərmandır, yoxsa zəhər? – MÜTƏXƏSSİS DANIŞDI
20 iyul 2020 14:06 (UTC +04:00)

Çay dərmandır, yoxsa zəhər? – MÜTƏXƏSSİS DANIŞDI

Min bir dərdin dərmanı hesab edilən çayın istifadəsi türk xalqlarında olduqca populyardır. Həm dadlı həm də faydalı olan bu içki növünün tarixi 5000 il öncəyə qədər  gedib çıxır. Tərkibi C vitamini və digər faydalı minerallarla zəngindir. O ürək-damar sistemi xəstəliklərinə müsbət təsir göstərir, mədə xərçəngi risqini aşağı salır. 

Hər nə qədər məsum görünsə də çayın həddindən artıq içilməsi insan orqanizminə faydadan çox zərər verir.

Bəs görəsən xalq olaraq sevdiyimiz bu içkidən düzgün şəkildə necə istifadə edə bilərik?

Lent.az məsələ ilə bağlı olaraq Həkim-dietoloq Şəfa Yadigarovaya müraciət etdi.

Y.Şəfa söyləyir ki, insanlar ilk növbədə çay və suyun tamamən fərqli şeylər olduğunu bilməlidir. Yəni çay içmək o demək deyil ki orqanizmə su qəbul olunur, bu balansı mütləq şəkildə qorumaq lazımdır:

“Gündəlik çay norması 3-4 stəkan olaraq götürülür. Çay seçərkən ilk növbədə diqqət etmək lazımdır ki, tərkibində kimyəvi maddələr, rəngləndirici, GMO olmasın. Əgər bir insanda qəbizlik və bu kimi problemlər varsa, bu zaman yaşıl çay istifadə etmək daha yaxşıdır. Onu günün birinci yarısı qəbul etmək insana müsbət enerji və gümrahlıq verir. Eyni zamanda yaşıl çay adamı tox saxlayır, təbii antioksidantdır, dəriyə və immun sisteminə müsbət təsir göstərir”

Şəfa xanım deyir ki, Bəzi insanlarda aşağı təzyiq problemi var, onlara kafein lazımdır, bu halda həmin şəxlər, günün birinci yarısı qara çay içə bilər. Keyfiyyətli çay içmələri daha məsləhətlidir. İzhal problemi olan insanların qara çay içməsi tövsiyə olunur.

Mütəxəsis bildirir ki, hazırda yay  mövsümü ilə bağlı olaraq insanların ona ən çox verdiyi sual “mən çayı nə ilə içim”dir:

“Mən çayı sadə içməyi məsləhət görürəm. Əgər sadə içə bilmirsizsə, səhərlər yarım qaşıq bal və yaxud tut doşabı ilə də qəbul etmək olar. Gün ərzində çay içirsinizsə bu zaman qənd əvəzinə, bir ovuc giləmeyvə (moruq, qara qarağat vişnə) və ya 1-ədəd ərik istifadə edə bilərsiniz. Buna səbəb isə əriyin tərkibində olan faydalı maddələrin ürək-damar sisteminə, immunitetə, müsbət təsir göstəməsidir.”

Sonda isə Şəfa xanım söylədi ki, çalışın keyfiyyətli çaylardan istifadə edəsiniz. Əgər çay keyfiyyətsizdirsə ondan fərq etməz 1 stəkan yaxud 4 stəkan içilsin yenə də orqanizmə heç bir faydası olmayacaq, əksinə bu halda siz özünüzə ziyan vermiş olursunuz.

Banu

 

# 7105
avatar

Oxşar yazılar