"Qarabağ"la düşməyəcəyinə sevinir - Rumınlar
07 iyul 2020 10:26 (UTC +04:00)

"Qarabağ"la düşməyəcəyinə sevinir - Rumınlar

Rumıniya çempionatının qalibi növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olmaya bilər.

Apasport.az saytının məlumatına görə, ÇFR Liqa1-i zirvədə tamamlayarsa, püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.

Hazırda 1-ci yerdə qərarlaşan "Universitatya Krayova"nın durumu qeyri-müəyyən olsa da, bu klubun da çempionluq təqdirində səpələnmişlərdən olması ehtimal edilir. Bu isə rumınları sevindirir. Yerli mətbuat bu halda çempionlarının 6 güclü klubla qarşılaşmayacağını vurğulayıb. Rumınların çəkindiyi komandalardan biri də "Qarabağ"dır: "Çempionumuz səpələnmişlərdə qərarlaşmaqla "Srvena Svezda", "Seltik", "Astana", "Qarabağ", "Ludoqorets" və Təl-Əviv "Makkabi"si kimi güclü komandalara rəqib olmaqdan qurtulacaq. Ancaq II təsnifat mərhələsində artıq bu komandalardan biri ilə üz-üzə gəlmək qaçılmazdır. Çünki həmin vaxt "Universitatya Krayova" və ya ÇFR səpələnməmişlərdə olacaq".

Hazırda Rumıniya çempionatına liderlik edən "Universitatya Krayova" (37 xal) ən yaxın izləyicisi ÇFR-i 1 xal qabaqlayır.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Oyunlar isə 18-19 avqustda keçiriləcək.

# 3325
avatar

Oxşar yazılar