Yas məclisi ilə karantini pozdular - FOTO
06 iyul 2020 17:25 (UTC +04:00)

Yas məclisi ilə karantini pozdular - FOTO

Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana  gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib. Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər Polis Şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb. Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

# 2887
avatar

Mehman Nəbiyev

Oxşar yazılar