Torpaq altında qalıb ölənlərin sayı 113-ə çatdı - YENİLƏNİB
02 iyul 2020 11:56 (UTC +04:00)

Torpaq altında qalıb ölənlərin sayı 113-ə çatdı - YENİLƏNİB

Myanmada intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 113-ə çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İnformasiya Nazirliyi açıqlama yayıb.

Bundan əvvəl 96 nəfərin öldüyü bildirilmişdi.

***

11:54

10.54

Myanmada sürüşmə zamanı ölənlərin sayı artıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb. 

***

10:28

Myanmada torpaq sürüşməsi nəticəsində ən azı 50 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 08:00-da ölkənin şimalında, Kaçin ştatında yerləşən neft şaxtasında baş verib.

Qeyd olunub ki, dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal olunur, ərazidə xilasedicilər çalışır.

Uzun müddət yağan mövsümi yağışların torpaq sürüşməsinə səbəb olduğu bildirilib.

# 3781
avatar

Oxşar yazılar