10:10
15 Aprel 2020

Moskva parada hazırlaşır?  

Bu gündən Moskvada İkinci Dünya müharibəsində qələbənin 75 illiyi ilə bağlı keçiriləcək paradın hava uçuşlarının məşqləri başlayır.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Moskva vilayətinin hava məkanında Rusiya aviasiyasının keçirəcəyi məşqlər aprelin 15, 17, 20, 22-də nəzərdə tutulub.

Artıq vilayət ərazisindəki aeroportları Federal hava nəqliyyatı agentliyi məlumatlandırıb. Paradda isə 75 təyyarənin iştirakı gözlənilir.

Qələbənin 75 illiyi ilə bağlı analoji tədbirlər Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Vladivostok, Çita və digər şəhərlərdə də gözlənilir.

Dİgər xəbərlər