290
08:37
02 Aprel 2020

Dünyada koronavirusa yoluxanların sayı 800 mini keçdi


Son məlumata görə, dünyada yeni koronavirusa 823 626 nəfər yoluxub, 40598 nəfər isə ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

Statistikaya görə, virusa yoluxanların sayı son gündə 72 mindən çox, ölənlərin sayı isə 4193 nəfər artıb.

Ən çox yoluxma (464212 nəfər) və ölüm (30089) halları Avropa məkanında qeydə alınıb. Son sutkada 40 266 yoluxma, 3995 ölüm hadisəsi müşahidə edilib.

Amerikada ümumilikdə 188751 nəfər koronavirusa yoluxub, 3400 nəfər ölüb.

Üçüncü yeri xüsusilə Çin, Koreya və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. Daxil olan son məlumata görə, orada 106422 yoluxma, 3701 ölüm hadisəsi baş verib.