386
12:40
30 Mart 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 482 nəfərə çatdı


Ermənistanda koronavirusa yoluxanların sayı 480 nəfəri ötüb.

APA-nın news.am saytına istinadən xəbərinə görə, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan hökumətin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, son sutka ərzində daha 58 nəfərdə virus aşkarlanıb və hazırda koronavirusa yoluxanların sayı 482 nəfərə çatıb.

A.Torosyan deyib ki, virusa yoluxan şəxslərdən 25-i karantindədir.

Qeyd edək ki, bu günə qədər Ermənistanda koronavirusdan 3 nəfər ölüb.