Bakıda evlər əşyaları ilə birgə yandı
29 mart 2020 12:45 (UTC +04:00)

Bakıda evlər əşyaları ilə birgə yandı

Bakının Sbunçu rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzildə televizor, soyuducu və lambirindən ibarət tavan 12 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli 6 m² sahədə qarsalanıb.

Digər yanğın hadisəsi paytaxtın Xəzər rayonunda baş verib.

Belə ki, ümumi sahəsi 90 m2 birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib.

Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Baş verən yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 267
avatar

Mehman Nəbiyev

Oxşar yazılar