Bu ölkədə koronavirusdan danışanlar saxlanılır? - KİV
27 mart 2020 14:33 (UTC +04:00)

Bu ölkədə koronavirusdan danışanlar saxlanılır? - KİV

“Xüsusi xidmətin məlumat verənləri” Aşqabaddda sakinlərin küçələrdə nədən danışdıqlarına qulaq asmağa başlayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onların koronavirus mövzusunda danışıb -danışmamaları ilə maraqlanırlar.
İddialara görə, belə söhbət edənlər saxlanılırlar.
Digər məlumatda qeyd edilir ki, Türkmənistanın rəsmi KİV-i virusun yayılmasının qarşısının alınması ilə bağlı heç bir açıqlama vermirlər. 
Bundan əvvəl xəbər verilirdi ki, respublikanın Daxili İşlər Nazirliyi qoruyucu maskadan istifadə etməyənləri cərimələyir.

# 609
avatar

Oxşar yazılar