
“Milan”ın yeni baş məşqçisi kim olacaq
İtaliyanın “Milan” klubu yayda baş məşqçisini dəyişəcək.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Stefano Pioli ilə yollarını ayıracaq.
Komandanın futbolçuları mütəxəssisə dəstək nümayiş etdirsə də, rəhbərlik nəticələrdən və baş məşqçinin işindən narazıdır. “Rossonyeri” yeni çalışdırıcı ilə bağlı axtarışlara da başlayıb. Artıq dörd mütəxəssisdən ibarət ilkin siyahı da müəyyənləşib.
İtaliya mətbuatı bu posta Ralf Ranqnikin gətiriləcəyini iddia etsə də, namizədlər siyahısında onun adı yer almayıb. Milan təmsilçisi Piolini əvəzləmək üçün Unai Emeri, Marselono, Luçano Spalletti və Canpyero Qasperini arasında seçim edəcək.

Oxşar yazılar

Ronaldo titul sayında Xaviyə çatdı
21 yanvar 2021 , 15:36
“Qalatasaray” İngiltərədən hücumçu aldı
21 yanvar 2021 , 15:16
Zidanı kim əvəz edəcək? - YENİ İSİM
21 yanvar 2021 , 13:38
“Real”ın “Kral klubu” adına yaraşmayan məğlubiyyəti
21 yanvar 2021 , 13:11
“Mançester Yunayted”in tarixinə düşdü
21 yanvar 2021 , 12:27
Bitkoynla futbolçu alındı - TARİXDƏ İLK DƏFƏ
20 yanvar 2021 , 22:30
Messi 2 oyunluq kənarlaşdırıldı - SƏBƏB
19 yanvar 2021 , 17:24
“Qarabağ”ın sabiq mətbuat katibi: “Macəram başa çatdı…”
19 yanvar 2021 , 17:23