Mətanətdən Elzaya AĞIR CAVAB: "Bacısı ağlayırdı, nə tərbiyəsiz..."
06 mart 2020 10:30 (UTC +04:00)

Mətanətdən Elzaya AĞIR CAVAB: "Bacısı ağlayırdı, nə tərbiyəsiz..."

Əməkdar artist Elza Seyidcahanın müğənni Mətanət Əsədova barəsində dediyi sözlər cavabsız qalmayıb.

Lent.az-ın məlumatına görə, Mətanət “Hər şey daxil” verilişində Elzaya səslənib:

“Mən mat qalmışam. Elza qəşəng mahnılar bəstələyir. Onun dilinə necə gəlir elə sözlər? Müsahibə verdi, daha sonra ona zəng elədim. Mənim hərtərəfli gücüm çatar ki, hər şey edim. Bu sənət güləş yeri deyil. Məndən 2 bayram böyükdür. Soruşdum ki, nə olub? Nə demisən? Deyir, sənlə danışıram, bacım ağlayır. Söyləyir ki, bacım səni övladla görmək istəyir.

Elza dedi ki, mən heç nə deməmişəm. Xasiyyətimi pisləyib. Məni oğluma alacaqsan? Qarşını kəsmişəm? Bəlkə səni təhqir eləmişəm? Mən o cür oxuyuram. Necə pis xasiyyətim ola bilər? Məni yaxşı oxuyanlar tanıyır. Mən nə tərbiyəsiz, nə də pis insan deyiləm. Heç kimə ixtiyar vermirəm ki, mənə “Mətanət kimilər” desin. Mən sənə uşaq deyiləm. Əgər sadəlik edirəmsə, o demək deyil ki, çəkinirəm. Heç kimə icazə vermirəm ki, başından böyük danışsın”.

Qeyd edək ki, E.Seyidcahan “Toliklə səmimi” verilişində bu sözləri demişdi:

 “Gəncləri korlayan Manaflar, Mətanətlər var. Mətanət muğam oxuyur, düşüb özbək, hind mahnılarının üstünə. Onların sənəti var, ona görə tənqid edirəm. Bizim pulumuzu kimlər yeyir? Əziyyətlə qazanırıq, övladımızı saxlayırıq, toy edirik. yad oğlu gəlir mənimsəyir. Manafa deyirəm ki, pulunu sənətə xərcləsin. Bir müddət toy olmasa Manaf batar.

Mətanətin sənəti var. Xasiyyətini sevmirəm. Amma sənəti var, buna görə onu bağrıma basıram".

# 24818
avatar

Yalçın UĞUR

Oxşar yazılar