11:51
27 Fevral 2020

Yol polisindən vətəndaşlara ÇAĞIRIŞ - VİDEO

Son vaxtlar piyada səhlənkarlığı ucbatından baş verən qəzaların sayı artıb.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi “Avtosfer.az” saytı ilə birgə sosial çarx hazırlayıb. Həmin videoçarx düzgün hərəkət qaydalarını piyada və sürücülərə çatdırmaq baxımından maarifləndirmə xarakteri daşıyır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az -a açıqlamasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığını bildirib:

"Bura həm reydlər, həm müxtəlif görüşlər, həm də sosial çarxlar daxildir. Dəfələrlə müraciətlər olunur, piyadaların hüquq və vəzifələri izah edilir. Təqdim olunan videoçarxda da piyadaların yolun hansı hissələrindən keçməsi, eyni zamanda keçidlərdən istifadə qaydaları izah edilir. Bundan əlavə, tanınmış insanlar da müraciət edərək insanları maarifləndirir. Bütün bunlar yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb".

Dİgər xəbərlər