İranda koronavirusla bağlı şayiə yayanlar saxlanıldı
26 fevral 2020 16:12 (UTC +04:00)

İranda koronavirusla bağlı şayiə yayanlar saxlanıldı

İranda sosial şəbəkələrdə koronavirusla bağlı şayiələr yayan 24 nəfər saxlanılıb.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın kiber polisinin rəisi Vəhid Məcid deyib.

Onun sözlərinə görə, daha 118 nəfərə isə xəbərdarlıq edilib. Kiber polisinin rəıisi bildirib ki, həmin şəxslər ictimaiyyətdə təşviş yaratmaqla məşğul olublar.

V.Məcid bildirib ki, koronavirusla əlaqədar sosial şəbəkələrdə şayiələr yayanlarla mübarizə adı altında işçi qrupu yaradılıb.

# 1299
avatar

Oxşar yazılar