Bakıda yaşayış binasındakı yanğın söndürüldü  - YENİLƏNİB
25 fevral 2020 18:42 (UTC +04:00)

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hazırda yanğının başvermə səbəbləri araşdırlır.

***

saat 17:53

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasının 6 mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

# 792
avatar

Oxşar yazılar