"Azərbaycan və Türkiyə sabitlik adasıdır" - Ərdoğan
25 fevral 2020 18:19 (UTC +04:00)

"Azərbaycan və Türkiyə sabitlik adasıdır" - Ərdoğan

“Həmrəyliyimiz terrorla mübarizədə də davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olub: “Elazığ zəlzələsində də Azərbaycanı yanımızda hiss etdik. Azərbaycana təşəkkür edirik”.

Ərdoğan qeyd edib ki, dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır: “Bunda ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir. “Barış bulağı” əməliyyatı ilə bir millət, iki dövlət olduğumuzu dünyaya göstərdik”.

# 888
avatar

Oxşar yazılar