456
17:35
25 Fevral 2020

110 saylı dairənin 2 məntəqəsində nəticələr etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki dairəsindən Nurlana Cəlil və Fariz Həsənlinin müraciətinə baxılıb.

APA-nın xəbərinə görə, bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətlər eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanıb. 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, həmin dairə üzrə 24 saylı seçki məntəqəsində də seçki günü qanun pozuntuları aşkarlanıb: “Ona görə də təklif edirəm ki, həmin məntəqədə də səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 24 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.