3606
09:02
14 Fevral 2020

Bu kosmetik vasitələrdən istifadə edənlərin NƏZƏRİNƏ

Hamiəlikdə bir sıra kosmetik vasitələrin ziyanlı olmasına dair bir çox məlumatlar var. Son araşdırmlara görə, tərkibində paraben adlı kimyəvi maddə olan kosmetik vasitələrdən istifadə edən hamilələrin dünyaya gətirdikləri uşaqların artıq çəkili olma riski var. e-tibb.az xəbər verir ki, "Nature Communications" dərgisində dərc olnan araşdırmaya görə, 600-dən çox hamilə qadın və uşaqları izlənilib.

Hər gün tərkibində paraben olan lasyon və digər kosmetik vasitə istifadə edən hamilə qadınların sidiyində paraben miqdarının çoxaldığı və onların dünyaya gətirdikləri uşaqların 8 yaşına qədər artıq çəkidən əziyyət çəkmə riskinin yüksəldiyi məlum olub.

Məlumata görə, bir qədər əvvəl aparılan başqa bir araşdırma tərkibində paraben olan kosmetik vasitələrin hormonal balansı pozduğunu ortaya qoyub.

Həkimlər bütün bunlara görə də hamilə və süd verən qadınlara tərkibində bu maddə olmayan kosmetik vasitələrdən istifadə etməyi tövsiyə edirlər.