521
12:05
10 Fevral 2020

Axtarışda olan şəxsin evindən külli miqdarda narkotik çıxdı

Abşeronda axtarışda olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.