728
14:32
01 Fevral 2020

Nəqliyyat Mübadilə Mərkəzini gecə saatlarında dezinfeksiya etdilər - FOTO


Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.

Bakı Nəqliyyat Agentliyindən APA -ya verilən məlumata görə, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.