Namizədliyini geri götürənlərin adının üstündən xətt çəkiləcək
27 yanvar 2020 11:01 (UTC +04:00)

Namizədliyini geri götürənlərin adının üstündən xətt çəkiləcək

 

“Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, həmin namizədin adını bülletendən çıxaracağıq”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, namizədin adının seçki bülletenindən çıxarılması mümkün olmasa, Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: “Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin”.

# 872
avatar

Oxşar yazılar