Azay Quliyev İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb
24 yanvar 2020 20:24 (UTC +04:00)

Azay Quliyev İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb

 

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 8-ci mikrorayondakı İbrahimpaşa Dadaşov küçəsi 72 və 74 saylı binaların sakinləri ilə görüş keçirib.

Azay Quliyevin Seçki Qərargahından Lent.az-a verilən məlumata görə, əlverişsiz hava şəraitinə baxmayaraq seçicilər görüşdə iştiraka böyük maraq göstəriblər.

Görüşdə Azay Quliyevin son 4 illik deputatlıq fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azay Quliyev çıxış edərək ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və üstünlükləri haqqında ətraflı məlumat verib.

Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını və əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını deyib.

 

# 1310
avatar

Oxşar yazılar