Universal yaddaş qurğusu hazırlandı
23 yanvar 2020 19:52 (UTC +04:00)

Universal yaddaş qurğusu hazırlandı

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm əməli yaddaş qurğusu, həm də məlumatların saxlanılması kimi işləyə bilər. "UltraRAM" adlı perspektiv texnologiya müasir kompüter, smartfon və başqa hesablama texnikalarının iş prinsipini tamamilə dəyişdirmək imkanına malikdir.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, yaradıcıların sözlərinə görə, "UltraRAM" texnologiyası özündə əməli və fləş yaddaşın üstünlüklərini birləşdirir.

Məlumatların saxlanılması üçün ənənəvi olaraq sərt disklər və ya sərtgövdəli (SSD) daşıyıcılardan istifadə olunur, amma onların sürəti əməli yaddaşın işləmə sürətindən xeyli aşağıdır. Nəzəri cəhətdən əməli yaddaş qurğusu məlumatların saxlanılması kimi istifadə edilə bilər, amma bu, onun yüksək qiymətinə görə səmərəsizdir.

"UltraRAM" enerjidən asılı olmayan əməli yaddaş (Non-volatile RAM və ya NVRAM) növüdür, DRAM kimi eyni sürətlə işləyir, amma 100 dəfə daha az enerji sərf edir.

Lankaster Universitetinin alimləri əmin edirlər ki, yeni universal yaddaş çatışmazlığa malik deyil və bu, onu əməli və fləş yaddaş əvəzinə istifadə etməyə imkan verir.

# 1230
avatar

Oxşar yazılar