Yol qəzasında sürücünün anası və qızları xəsarət aldı - FOTO
20 yanvar 2020 17:50 (UTC +04:00)

Yol qəzasında sürücünün anası və qızları xəsarət aldı - FOTO

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə Rasif Ağamirzə oğlu Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomovil toqquşub.

Nəticədə sürücü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmaya İslam qızı Qasımova, qızları, 2008-ci il təvəllüdlü Fəxri Əliyeva və 2012-ci il təvəllüdlü Şəxri Əliyeva müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1491
avatar

Oxşar yazılar