
KİV: ABŞ Ukrayna təyyarəsinin İranın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu iddia edir

Ukraynanın “Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranda qəzaya uğramasına səbəb İranın zenit-raket kompleksindən atılan raket olub.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir versiyanı “Newsweek” qəzetinə Pentaqonun rəsmi nümayəndəsi, ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndəsi, həmçinin İraqın xüsusi xidmət orqanlarının əməkdaşı bildirib.
Qəzetin həmsöhbətləri bildirir ki, Pentaqonun qiymətləndirməsinə görə, Ukrayna təyyarəsi “yanlışlıqla vurulub”. Öz növbəsində “CBS News” mənbələrə istinadən xəbər verib ki, ABŞ peykləri təyyarə qəzasından bir qədər əvvəl “yer-hava” tipli iki raketin atıldığını qeydə alıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı bu məsələyə münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, Tehran-Kiyev reysini həyata keçirən “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 176 nəfərin hamısını ölüb, onlardan 167 nəfəri isə müxtəlif ölkələrdən olan sərnişinlər olub.

Oxşar yazılar

Tripolidə küçə qarşıdurmalarında yaralıların sayı 226-ya çatdı - YENİLƏNİB
28 yanvar 2021 , 02:56
Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12