Qaz sayğacları sıfırlanmayan abonentlərin DİQQƏTİNƏ
08 yanvar 2020 15:25 (UTC +04:00)

Qaz sayğacları sıfırlanmayan abonentlərin DİQQƏTİNƏ

“Yanvarın 7-dən mexaniki sayğaclar üzrə limitin sıfırlanması əməliyyatlarına başlanılıb”.

Bu sözləri Lent.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib. O bildirib ki, mexaniki sayğacların göstəricilərinin oxunmasının bir neçə gün ərzində tamamlanması planlaşdırılır:

“Yanvar ayının 11-dək bu proses tam yekunlaşacaq. 

Xatırladım ki, sayğac göstəricilərinin sıfırlanması ilə bağlı 2020-ci ilin ilk rəsmi iş günündən işlərə başlanılmasını bildirmişdik. Qeyd etmişdik ki, istənilən abonent vaxtından əvvəl bu işin icrasını arzulayarsa, (077) 310-41-04 saylı “whatsapp” nömrəsinə sayğacın göstəricilərinin aydın görünən şəklini çəkib ata bilər. Bununla da bir çox abonent qaz sayğaclarının daha tez sıfırlanmasını təmin edə bildi”.

C.Səfərov qeyd edib ki, abonentlərin şikayətlərinin daha tez həlli üçün “whatsapp” nömrəsi daima aktivdir:

“Nömrəyə şikayət ətraflı yazıldıqdan sonra 10 dəqiqə ərzində cavab verilir və problemin həlli üçün işlərə başlanılır”.

Xatırladaq ki, 2019-cu il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. 

Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20593

Oxşar yazılar