FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanıb
29 dekabr 2019 15:28 (UTC +04:00)

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanıb

Dekabrın 23-28-də Abşeron Olimpiya Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, 75 komandadan 750-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları da iştirak edib.

Yarışda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Məhəmməd Məmmədov 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib, turnirin qızıl medalına layiq görülüb.

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev MMQ-in əsgəri Məhəmməd Məmmədovu qəbul edərək əldə etdiyi nailiyyətə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

 

 

# 1086
avatar

Aygün İbrahimli

Oxşar yazılar