4113
23:46
24 Dekabr 2019

Leyla Əliyeva Prezident İlham Əliyevi təbrik etdi: "Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı diləyirəm"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Lent.az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı "Instagram" səhifəsində paylaşım edib.

"Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm!!! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm! Qoy Azərbaycanda hər zaman günəş saçsın, əminamanlıq, xeyirxahlıq və sevgi hökm sürsün!!! Allah hamınızı qorusun!", - deyə paylaşımda qeyd olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin doğum gününü ailə üzvləri və yaxınları ilə qeyd edib.