580
15:55
17 Dekabr 2019

Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 20 dekabr 2019-cu il tarixində Qusar şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Qusar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

Bu barədə APA -ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında dekabrın 19-da saat 09:00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən dekabrın 20-də Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Quba rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzinin binasında dekabrın 20-də saat 09:00-da başlayacaq.

REKLAM

Daha ətraflı

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən dekabrın 20-də Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Xaçmaz rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Şimal Regional Mərkəzinin inzibati binasında dekabrın 20-də saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]