UEFA Azərbaycan klublarının hesabına bu qədər vəsait köçürdü
17 dekabr 2019 14:21 (UTC +04:00)

UEFA Azərbaycan klublarının hesabına bu qədər vəsait köçürdü

 

2018/19 mövsümündə avrokuboklarda iştirak edən klubların büdcəsinə növbəti vəsait daxil olub.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85280 avro ayrılıb.

Bu vəsait AFFA-nın vasitəsilə klublara köçürülüb. “Qarabağ” 51920, “Neftçi”,  “Qəbələ” və “Keşlə” hərəyə 11120 avro əldə edib.
 
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar