Azərbaycanda qatar vuran qadın öldü
13 dekabr 2019 10:42 (UTC +04:00)

Azərbaycanda qatar vuran qadın öldü

Şəmkirdə yük qatarı qadını vurub.

APA-nın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.

Həmin ərazidən keçən elektrovoza qoşulmuş yük qatarı Qazax istiqamətində olan zaman Zəyəm qəsəbə sakini, 35 yaşlı Xəyalə Şərifovanı vurub. Nəticədə X. Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci( yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar