BDU-nun zəhərlənən tələbəsindən YENİ XƏBƏR  - VİDEO
10 dekabr 2019 18:06 (UTC +04:00)

BDU-nun zəhərlənən tələbəsindən YENİ XƏBƏR - VİDEO

Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənən qızlardan biri - Dilrubə Quliyeva bu gündən dərslərinə başlayıb.

Lent.az xəbər verir ki, bu barədə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Ələmdar Cabbarlı foto və video paylaşıb.

Qeyd edək ki, noyabr ayının 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərlənib və bir gün sonra həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər və xəstəxanada müalicə olunan tələbələr noyabrın 27-də evə buraxılıblar.

Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

# 8563
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar