Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə ölüb
10 dekabr 2019 09:43 (UTC +04:00)

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə ölüb

Bakıda xarici vətəndaş naməlum şəraitdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, 71 yaşlı Əfqanıstan vətəndaşı Adlı Zubaida Nizami rayonu, Q.Qarayev prospektində kirayədə yaşadığı evdə ölüb. Rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib, onunla birgə yaşayan ailə üzvlərindən izahat alınıb. Meyit daxili müayinə olunması üçün meyitxanaya göndərilib.

Baxış zamanı meyit üzərində xəsarət və xəsarət izləri aşkar edilməyib.

# 776
avatar

Mehman Nəbiyev

Oxşar yazılar