Evlərə qənim kəsilən oğrular tutuldu
09 dekabr 2019 19:46 (UTC +04:00)

Evlərə qənim kəsilən oğrular tutuldu

Polis oğurluq edən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən  əməliyyat tədbirləri aparılıb. Nəticədə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.

Digər oğurluq hadisəsi Sumqayıtda baş verib.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - A.Müseyibov və V.Hüseynov saxlanılıblar.

# 994
avatar

Mehman Nəbiyev

Oxşar yazılar