AŞPA-nın Milli Məclisə seçkilərdə iştirakı məsələsi müzakirə ediləcək
09 dekabr 2019 11:56 (UTC +04:00)

AŞPA-nın Milli Məclisə seçkilərdə iştirakı məsələsi müzakirə ediləcək

 

Dekabrın 9-dan 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək, Azərbaycanı maraqlandıracaq məsələlər də müzakirə olunacaq.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Səmədov deyib ki, bu gün Siyasi işlər və demokratiya komitəsinin iclasında Avropa Şurasının fəaliyyəti ilə əlaqədar yeni prosedur qaydalar müzakirə ediləcək: “Sabah Hüquqi məsələlər və insan hüquqları komitəsində Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi müzakirə olunacaq. Biz sabah məruzə layihəsi ilə bağlı fikirlərimizi bildirəcəyik. Hazırda ilkin olaraq sənədlə tanış olur, məruzədə göstərilən məsələləri diqqətlə öyrənirik. Monitorinq Komitəsində bu məsələyə münasibət bildirəcəyik. Hesab edirəm ki, Azərbaycanla bağlı məruzə çox vacib məsələdir. Büroda isə Azərbaycanda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkiləri müzakirə olunacaq. Avropa Şurası Parlament Assambleyası ənənəvi olaraq belə seçkilərdə müşahidəçi qismində iştirak edir, Büronun iclasında da AŞPA-nın bu seçkilərdə iştirakı məsələsini ciddi müzakirə edəcəyik”.

# 602
avatar

Oxşar yazılar