"Azərbaycanın örnək ola biləcək ailə nümunələri var" - Komitə sədrinin müavini
07 dekabr 2019 18:12 (UTC +04:00)

"Azərbaycanın örnək ola biləcək ailə nümunələri var" - Komitə sədrinin müavini

 

"Zorakılığın qarşını almaq üçün baş verən hadisəni tam çılpaqlığı ilə mətbuatda geniş ictimaiyyətə çatdırmaq mütləq deyil". 

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. Onun sözlərinə görə, informasiya xarakterli məlumat gedə bilər, amma zorakılığa məruz qalan bir qadın və ya uşağın fotosunu mətbuatda vermək, işıqlandırmaq, onlar barədə geniş məlumat çatdırmaq həmin şəxsin hüquqlarını pozmaq deməkdir: 

“Çünki o qadın, o uşaq bu cəmiyyətdə yaşayır. O uşaq məktəbdə oxuyur, dostları var, o qadının övladları, qohumları var. Ola bilsin ki, dar çərçivədə baş verən zorakılıq halı elə o çərçivədə də qalsın. Amma bunu geniş ictimaiyyətə yayanda hamı o qadını və ya uşağı tanıyacaq və onları görəndə həmişə haqqında danışılacaq. Bu zaman həmin şəxs cəmiyyətdə yenidən mənəvi, psixoloji zorakılığa məruz qalır. Biz bəzən zorakılığın qarşısını almaq düşüncəsilə o zorakılığı təbliğ edirik. Ona görə zorakılığın qarşısını almaq üçün daha geniş şəkildə müsbət nümunələri göstərsək, daha yaxşı olar. Biz zorakılığa qarşı mübarizə aparırıqsa, mütləq bu məqamları nəzərə almalıyıq. Azərbaycanın hamıya örnək ola biləcək ailə nümunələri var”.

# 1098
avatar

Oxşar yazılar