Zəfəran psixi xəstəliklərin dərmanıdırmı? - AÇIQLAMA
15 dekabr 2019 17:56 (UTC +04:00)

Zəfəran psixi xəstəliklərin dərmanıdırmı? - AÇIQLAMA

İnsanlar adətən yeməklərin dadlı alınması üçün çox zaman ədviyyatlardan istifadə edirlər. Ancaq ədviyyatların bir çoxu təkcə dadına görə deyil, eyni zamanda sağlamlığa faydalı olmasına görə sevilir. Ədviyyatlar arasında ən çox sevilən isə zəfəran bitkisidir. Zəfəranın faydalarından demək olar ki, hər kəs məlumatlıdır. Son zamanlar isə bu bitki ilə bağlı bilmədiyimiz, daha maraqlı məlumatlar yayılıb. Belə ki, sözügedən ədviyyatın, depressiya, şizofreniya, nevroz, yuxu pozulması və s. kimi psixi problemlərə xeyirli olduğu qryd olunur. 

Maraqlıdır, zəfəranın psixi problem yaşayan insanlara həqiqətən faydası varmı?

Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan psixoloq Gülnar Orucova bildirib ki, yalnız bu ədviyyat vasitəsilə belə bir ciddi problemi aradan qalxması həqiqətə uyğun deyil:

“Bu bitkidən istifadə edərək insan özünü rahat hiss edə bilər. Çünki bir çox bitkilərin tərkibində olan mikroelementlər insana sakitlik, rahatlıq verə bilir. Lakin psixoloji problem yaşayan insanı zəfəran bitkisinin sağaltması fikri absurddur. Yox əgər deyilirsə ki, o bitki ilə hansısa psixi problem yaşayan insanı sağalıb, deməli o adam əvvəldən xəstə olmayıb. Zəfəran bu xəstəliyi aradan qaldırsaydı, dünyada psixoloji problem yaşayan adam qalmazdı”.

 

# 1477
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar