Xalq artisti Röya Ayxan şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, müğənni “3D” verilişində oğlu Hüseynin məktəbdə gördüyü münasibətdən söz açıb: "İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, "Röya xala, "peraşki" qurtardı deyə boşandınız?". Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Yəni bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil" deyə, Röya bildirib.
Qeyd edək ki, Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atası Çingiz Cəlilov "Çudo Peçka " mağazalar şəbəkəsinin sahibi idi.