Bakıda daha bir nəfər dəm qazından boğulub.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Ramana qəsəbə sakini, 46 yaşlı Məmmədov Neman Yusif oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Sabunçu rayon Prokukorluğunda araşdırma aparılır.