Şagirdin ölümünə səbəb olan sürücü MƏHKƏMƏ QARŞISINDA
13 noyabr 2019 11:36 (UTC +04:00)

Şagirdin ölümünə səbəb olan sürücü MƏHKƏMƏ QARŞISINDA

Şamaxıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Səməd Balayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları Şamaxı rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Etibar Hümbətovun icraatına verilib. 

Qeyd edək ki, hadisə avqustun 16-da, saat 16:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində qeydə alınıb. Rayon sakini, Səməd Balayevin idarə etdiyi “VAZ-2121” markalı 90-KA-106 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada - 2010-cu il təvəllüdlü Yusif Nuriyevin vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat edib.  Şamaxı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və sürücü həbs olunub. 

Xatırladaq ki, qəzada ölən azyaşlı 3-cü sinif şagirdi olub.

# 614
avatar

Oxşar yazılar