372
10:40
07 Noyabr 2019

Bakıda sahibkar döyüldü

Bakıda Rusiya vətəndaşı döyülüb.

APA-nın məlumatına görə, Rusiya vətəndaşı, 49 yaşlı Rəhman Bayramov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, Q.Qarayev prospekti, 81 A ünvanında özünə məxsus obyekti icarəyə verdiyi 36 yaşlı Əli Əlibəyli tərəfindən döyülüb.

Şikayətçi qeyd edib ki, icarədardan obyekti tərk etməsini tələb etdiyi üçün bu hadisə baş verib.

Faktla bağlı araşıdırma aparılır.