
Bu məktəb direktoru işdən çıxarıldı - Nazir töhmət verdi
Təhsil naziri Ceyhun Bayramov daha bir məktəb direktoruna töhmət verib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovanın qanunsuz əməlləri barədə Təhsil Nazirliyinə daxil olmuş elektron müraciətlər əsasında yerində araşdırma aparılıb.
Araşdırma nəticəsində məktəb binasının qəzalı vəziyyətdə olması ilə bağlı Abşeron rayonu, Höküməli qəsəbəsi, Koroğlu küçəsində fərdi sahibkara məxsus binanın qeyri-rəsmi icarəyə götürüldüyü və icarə haqqının müəllim kollektivindən yığılaraq sahibkara ödənildiyi, məktəbin təsərrüfat işləri üzrə direktor müavininin işə qəbulu zamanı qanunvericiliyin tələblərinin pozulduğu, şagirdlərin yerdəyişməsi və sinifdən-sinfə keçirilməsi qaydalarına riayət edilmədiyi məlum olub.
Müvafiq məsələ ilə bağlı Təhsil nazirinin əmrinə əsasən məktəb direktoru Nərgiz Zeynalovaya əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Fuad Zeynalov isə tutduğu vəzifədən azad edilib.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16