1163
11:56
24 Oktyabr 2019

DİQQƏT! - Sabahdan paytaxtın bu giriş yolu bağlanır

Oktyabrın 25-dən Lökbatan dairəsindən paytaxta giriş dayandırılır.
Bunu Lent.az -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yolun bağlanması Bakıda keçiriləcək beynəlxalq tədbir–Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə görüşü ilə bağlıdır:
“Oktyabrın 25-dən Bakı-Ələt yolunun 14-cü kilometrliyindən, yəni, Lökbatan dairəsindən paytaxtın Neftçilər prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilir. Həmin nəqliyyat vasitələrinin paytaxta giriş istiqaməti 3-cü kənar dairəvi yol ilə Yasamal rayonu ərazisindən keçməklə olacaq”.
Qeyd edək ki, beynəlxalq toplantı oktyabrın 26-da yekunlaşacaq.